"Səbail" futbol üzrə Konqo millisinin üzvü Lema Mabidi Çikitonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcəyi bildirilib. O, "Səbail"də 8 nömrəli formanı geyinəcək. L.M.Çikitonun son klubu Mərakeş "Raca Kasablanka"sı olub. Qeyd edək ki, 2011-ci ildə Konqo millisində debüt edən futbolçu yığma ilə 23 oyuna çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB