“Yuventus” Şesni ilə yeni müqavilə imzalayıb

“Yuventus” Şesni ilə yeni müqavilə imzalayıb

İtaliyanın “Yuventus” klubu polşalı qapıçısı Voytsex Şesni ilə yeni müqavilə imzalayıb. TASS informasiya agentliyi xəbər verir ki, polşalı qapıçı ilə 2024-cü ilədək qüvvədə olan yeni müqavilə imzalanıb.

2017-ci ilin yayından “Yuventus”da çıxış edən 29 yaşlı qolkiper bu komandanın heyətində 84 rəsmi oyun keçirib. V.Şesni “qoca sinyora” ilə iki dəfə İtaliya çempionluğunu, ölkə kubokunu və super kubokunu qazanıb. O, cari mövsümdə A Seriyasında meydana çıxdığı 16 görüşdə 15 top buraxıb. Qapıçı karyerası ərzində İngiltərənin “Arsenal”, “Bretford” və İtaliyanın “Roma” klublarının şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə