BŞH rəsmisi istefa verir

Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək. SİA-nın məlumatına görə, BŞH rəsmisi N.Arpadarai mətbuata açıqlamasında Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.

Qeyd edək ki, Nigar Arpadarai Bakıda "Formula 1" üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə