Qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib Avropa çempionatı
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, fevralın 12-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Püşkatma mərasimində yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Güləşçilərimizdən Türkan Nəsirova (50 kq) rumıniyalı Emiliya Alina Vuk, Tatyana Varansova (53 kq) İspaniya təmsilçisi Marina Rueda Flores, Alyona Kolesnik (57 kq) norveçli Qreys Cekob Bullen, Elmira Qəmbərova (59 kq) ukraynalı Angelina Lisak, Tatyana Omelçenko (62 kq) İtaliya idmançısı Aurora Kampaqna, Elis Manolova (65 kq) finlandiyalı Petra Olli, İrina Netreba (68 kq) Ukrayna təmsilçisi Alla Çerkasova və Səbirə Əliyeva (76 kq) Yunanıstan güləşçisi Aykaterini Pitsiava ilə qarşılaşacaqlar.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB