İtaliya kuboku turnirinin yarımfinal mərhələsinə start veriləcək

İtaliya kuboku turnirinin yarımfinal mərhələsinə start veriləcək

Fevralın 12-də futbol üzrə İtaliya kuboku uğrunda turnirin yarımfinal mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, mərhələnin birinci oyunu “Cüzeppe Meatsa” stadionunda təşkil olunacaq. “İnter” klubu “Napoli” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. İkinci qarşılaşmada əzəli rəqiblər – “Milan” və “Yuventus” klubları üz-üzə gələcəklər. Qarşılaşma fevralın 13-də saat 23:45-də başlayacaq.

Xatırladaq ki, “İnter” dörddədir final mərhələsində “Fiorentina”nı (2:1), “Napoli” isə “Latsio”nu (1:0) məğlub edib. “Yuventus” komandası “Roma”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. “Milan” isə “Torino”dan üstün olub - 4:2.

Bu komandalar arasında cavab qarşılaşmaları martın 4-də və 5-də keçiriləcək.

İtaliya kuboku uğrunda turnirin reqlamentinə əsasən, yarımfinal mərhələsinə qədər qaliblər bir oyunun nəticəsinə əsasən müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə