İcarə əsasında "Bavariya"da çıxış edən Filippe Koutinyo gələcək karyerası ilə bağlı qərar verib. "Mundo Deportivo" nəşrinin yazdığına görə, braziliyalı yarımmüdafiəçi növbəti mövsümü də Münhen klubunda oynamaq niyyətindədir. 27 yaşlı futbolçu hələlik müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıtmaq istəmir.
Qeyd edək ki, ötən yay "Bavariya"ya keçən Koutinyo bu mövsüm Bundesliqada 19 oyunda meydana çıxan Koutinyo 6 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB