FIFA əməkhaqqı almayan futbolçulara dəstək fondu yaradır

FIFA əməkhaqqı almayan futbolçulara dəstək fondu yaradır

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) ilə əməkhaqqının ödənilməməsi problemi ilə üzləşmiş oyunçulara dəstək fondu yaratmaq barədə razılaşma əldə edib. Bu barədə məlumatı FIFA-nın mətbuat xidməti yayıb. FIFA 2022-ci ilə qədər fonda 16 milyon dollar ayıracaq. Bu məqsədlə FIFA və FIFPro nümayəndələrindən ibarət monitorinq komitəsi yaradılacaq. Komitə futbolçuların müraciətləri üzərində işləyəcək.

FIFA-nın prezidenti Canni İnfantino deyib: “Bu, dünya futbolunun rəhbəri kimi, bizim rolumuzun bir hissəsidir. Biz ehtiyacı olanlara kömək etməyə borcluyuq. Bunun üçün ilk növbədə oyunçulara kömək etməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə