Azərbaycan cüdoçuları Avropa kubokunda 6 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa kubokunda 6 medal qazanıblar

Cüdo üzrə Avropa kubokunun son günündə 66 kq çəki dərəcəsində İslam  Abdulrəhmanzadə, Mixayıl Anayev, Musa Mehdiyev, Hüseyn Rəhimli, 73 kq çəki dərəcəsində Firuddin Dadaşov, Vasif Şərbətli, 81 kq çəki dərəcəsində Qurban Qurbanov, Kamran Hüseynov, Anar Əliyev, 90 kq çəki dərəcəsində Cəlil Şükürov, Ülvi İsayev , +90 kq çəki dərəcəsində  isə Zaur Hüseynli tatami üzərinə cıxıb. JudoOnline-dan siasport.az saytına verilən məlumata görə, bunlardan  yalnız 73 kq çəki dərəcəsində Firuddin Dadaşov 3-cü yerə çıxaraq Azərbaycanın aktivinə daha bir bürünc medal qazandırıb.
Xatırladaq ki, yarışin ilk günündə cüdoçularımzdan 50 kq çəki dərəcəsində Sadıq Məhərrəmov qızıl , Telman Vəliyev və İsgəndər Talışınski 55 kq çəki dərəcəsində   gümüş medal qazanıb. 60 kq çəki dərəcəsində Rəşad Rufullayev və xanım cüdoçumuz Çinarə Quliyeva 40 kq çəki dərəcəsində ölkəmizə bürünc medal qazandırıb.
Qeyd edək ki, cüdoçularımız ölkəmizi milli komandanın məşqçilər Rəşad Həsənov və Rəşad Məmmədovun rəhbərliyi altında  təmsil edirdilər. Tatami ustalarımız ümumilikdə 6 ( 1 qızıl, 2 gümüş, 3 bürünc)  medalla vətənə qaydacaqlar.
Bu nəticə ilə Azərbaycanın  yeniyetmələrdən ibarət milli yığma komandası 17 ölkə arasında 3-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə