Qolf maşınlarının alınması ilə bağlı tender elan edilib AFFA

Qolf maşınlarının alınması ilə bağlı tender elan edilib AFFA

Avro-2020-nin Bakıda keçiriləcək 4 oyununda istifadə olunmaq üçün qolf maşınlarının alınması ilə bağlı AFFA tender elan edir. SİA-nın məlumatına görə, təklif olunan tender aşağıdakı kimidir;

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən malların 01.05.2020 tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 24.02.2020-ci il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.

Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə