"İnter"dən möhtəşəm qələbə - İtaliya A Seriyasının NƏTİCƏLƏRİ

"İnter"dən möhtəşəm qələbə - İtaliya A Seriyasının NƏTİCƏLƏRİ

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

SPAL “Sassuolo”ya uduzub. “Breşiya” – “Udineze” matçında qalib müəyyənləşməyibsə, “Cenoa” “Kalyari”ni məğlub yola salıb.

“Napoli” “Leççe” ilə ev oyunundan məğlub ayrılıb. “Latsio” isə “Parma”nı səfərdə minimal hesabla üstələyib.

Turun mərkəzi görüşü Milanda keçirilib. Şəhərin “İnter” və “Milan” komandaları münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matçda qonaq kollektiv 2:0 öndə olmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib.

İtaliya A Seriyası

23-cü tur

7 fevral

Roma – Bolonya 2:3

Qol: Densvil, 22-öz qapısına. Mxitaryan, 72 – Orsolini, 16. Berrou, 26; 51.

8 fevral

Fiorentina – Atalanta 1:2

Qol: Kyeza, 32 – Sapata, 49. Malinovski, 72.

Torino – Sampdoriya 1:3

Qol: Verdi, 55 – Ramires, 70; 75. Kvalyarella, 79-pen.

Verona – Yuventus 2:1

Qol: Borini, 76. Patsini, 85 – Ronaldo, 65.

9 fevral

SPAL – Sassuolo 1:2

Qol: Bonifazi, 23 – Kaputo, 65-pen. Boqa, 90.

Breşiya – Udineze 1:1

Qol: Bisoli, 81 – De Paul, 90+3.

Cenoa – Kalyari 1:0

Qol: Pandev, 43.

Napoli – Leççe 2:3

Qol: Milik, 48. Kallexon, 90 – Lapadula, 29; 61. Mankosu, 82.

Parma – Latsio 0:1

Qol: Kaysedo, 41.

İnter – Milan 4:2

Qol: Brozoviç, 51. Vesino, 54. De Vrey, 70. Lukaku, 90+3 – Rebiç, 40. İbrahimoviç, 45+1.

Bütün xəbərlər Facebook səhifəmizdə