"Qalatasaray" səfərdə "Kasımpaşa"ya 3 qol vurdu

"Qalatasaray" səfərdə "Kasımpaşa"ya 3 qol vurdu

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, bazar günü üç qarşılaşma baş tutub.

Lider “Sivasspor” doğma azarkeşləri qarşısında ən yaxın izləyicisi “Başakşəhər”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. Dörd qolun qeydə alındığı “Kayserispor” - “Antalyaspor” matçı da heç-heçə yekunlaşıb.

“Qalatasaray” isə “Kasımpaşa” ilə qarşılaşıb. İstanbul təmsilçisi səfərdə darmadağına sevinib.

Türkiyə Super Liqası

21-ci tur

7 fevral

Yeni Malatyaspor – Ankaragücü 0:1

Qol: Orgill, 66.

8 fevral

Konyaspor – Dənizlispor 0:0

Beşiktaş – Qaziantep 3:0

Qol: B.Yılmaz, 52-pen. Boatenq, 70. Lens, 90+4.

Gənclərbirliyi – Trabzonspor 0:2

Qol: Sosa, 79-pen. Nvakaeme, 83.

Fənərbaxça – Alanyaspor 1:1

Qol: Kruse, 52-pen – Sisse, 29-pen.

9 fevral

Kayserispor – Antalyaspor 2:2

Qol: Mensah, 41-pen. P.Enrike, 46 – S.Gümüş, 45+1-pen. Fredi, 83.

Sivasspor – Başakşəhər 1:1

Qol: Yatabare, 80 – D.Ba, 66.

Kasımpaşa – Qalatasaray 0:3

Qol: Meriah, 7-öz qapısına. A.Büyük, 22-pen; 41.

10 fevral

Göztəpə – Rizəspor matçı təxirə salınıb

Bütün xəbərlər Facebook səhifəmizdə