Üç qolun vurulduğu matçdan “Şeffild Yunayted” qalib ayrılıb

Üç qolun vurulduğu matçdan “Şeffild Yunayted” qalib ayrılıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu günə iki qarşılaşma nəzərdə tutulmuşdu.

“Mançester Siti” bu turda “Vest Hem”i sınağa çəkməli idi. Amma əlverişsiz hava şəraiti ilə əlaqədar bu oyun təxirə salınıb.

“Şeffild Yunayted” isə “Bornmut”la ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

Turun digər oyunları fevralın 14, 15, 16 və 17-də keçiriləcək.

İngiltərə Premyer Liqası

26-cı tur

8 fevral

Everton – Kristal Pelas 3:1

Qol: Bernard, 18. Riçarlison, 58. Levin, 88 – Benteke, 51.

Brayton – Uotford 1:1

Qol: Mariappa, 78-öz qapısına – Dukure, 19.

9 fevral

Şeffild Yunayted – Bornmut 2:1

Qol: Şarp, 45+2. Lundstram, 84 – Uilson, 13.

Mançester Siti – Vest Hem matçı təxirə salınıb

14 fevral

00:00 Vulverhempton – Lester

15 fevral

16:30 Sauthempton – Bernli

21:30 Norviç – Liverpul

16 fevral

18:00 Aston Villa – Tottenhem

20:30 Arsenal – Nyukasl

17 fevral

00:00 Çelsi – Mançester Yunayted

Bütün xəbərlər Facebook səhifəmizdə