"Barselona" prezidenti: "Yenə "Real"a 5 top vuracağıq"

"Barselona" prezidenti: "Yenə "Real"a 5 top vuracağıq"
İspaniyanın "Barselona" futbol klubunun prezidenti Sandro Rossel əzəli rəqibləri olan Madridin "Real" futbol klubunu hədələyən bəyanatla çıxış edib. Siasport.az saytı xəbər verir ki, katalon klubunun prezidenti S.Rossel, klubun baş məşqçisi Xose Qvardiola ilə görüşdən sonra bildirib ki, Kral Kubokunda görüşəcəkləri "Real Madrid" klubuna, İspaniya La Liqası çərçivəsində keçirilən ilk qarşılaşmada olduğu kimi yenə 5 top vuracaqlar. Artıq İspaniya mətbuatı və futbol ictimaiyyəti bu açıqlamanı müzakirə edirlər. Xatırladaq ki, bu iki əzəli rəqib, aprelin 16-da çempionat çərçivəsində, aprelin 20-də isə Kral Kubokunun finalında qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə