Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XVI turu təxirə salınıb. SİA-nın Azərbaycan Basketbol Federasiyasına istinadən verdiyi xəbərə görə, buna fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər səbəb olub.
Fevralın 7-də və 8-də keçirilməli olan görüşləri qəbul edən Azərbaycan Texniki Universitetinin idman zalında bir sıra tədbirlər nəzərdə tutulub. Buna görə də arenada oyunların keçirilməsi mümkün olmayacaq.
Bunu nəzərə alan ABF görüşləri qeyri-müəyyən vaxta təxirə salınsın. Turun nə vaxt keçiriləcəyi bu günlərdə açıqlanacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında da eyni hal yaşanmışdı. Lakin PFL görüşləri bir gün önə çəkmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB