Rusiya Futbol İttifaqı (RFİ) Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin sabiq klubu “Dinamo”ya qarşı şikayətini təmin edib. SİA-nın məlumatına görə, qurum Moskvanın “Dinamo” klubunun heyətinə yeni qatdığı futbolçuların qeydiyyatına və meydana çıxmasına qadağa qoyub. Yığmamızın forvardı Ramil Şeydayevin şikayətinə baxan ittifaq rəsmiləri onunla müqavilə şərtlərinə əməl edilmədiyi qənaətinə gəliblər.
RFİ-nin qərarına əsasən, “Dinamo” R.Şeydayev qarşısında müqavilə öhdəliklərini tam yerinə yetirdikdən sonra qadağa aradan götürülə bilər. Bu isə o deməkdir ki, Ramillə vaxtından əvvəl, heç bir səbəb olmadan iş müqaviləsini pozan Moskva klubu ona təzminat ödəməlidir.
Xatırladaq ki, R.Şeydayev “Dinamo” komandasına 2019-cu ilin yayında “Krılya Sovetov”dan azad agent kimi keçib. Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni 2020-ci ilin yanvarında pozduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB