Bartomeu Abidalı istefaya göndərmək istəmir

Bartomeu Abidalı istefaya göndərmək istəmir

Xosep Bartomeu “Barselona”nın idman direktoru Erik Abidalı istefaya göndərməyi planlaşdırmır. SİA-nın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, klub prezidenti Abidal ilə komandanın kapitanı Messi arasında münaqişəni yoluna qoymaq istəyir. Bartomeu bu gün İspaniya kubokunun 1/4 finalında “Atletik”lə oyunu Bilbaoda izləməklə klubdakı mövcud vəziyyəti öz gözü ilə görmək istəyir.

Xatırladaq ki, bir neçə gün əvvəl Abidal “Barsa”nın bəzi oyunçularının keçmiş baş məşqçi Valverdenin dövründə həvəssiz oynadıqlarını söyləmiş, Messi isə idman direktorundan həmin futbolçuların adını çəkməyi tələb etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə