Millimiz dünya çempionatında mübarizəni dayandırıb

Millimiz dünya çempionatında mübarizəni dayandırıb

Futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, öz qruplarının qalibi olan İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan mundiala birbaşa vəsiqə qazanıblar.

Qalan iki vəsiqəni isə pley-off mərhələsində üz-üzə gələcək Xorvatiya-Çexiya və Serbiya-Finlandiya cütlüklərinin qalibi müəyyənləşdirəcək.

Elit-raund mərhələsində mübarizə aparan Azərbaycan millisi Xorvatiya komandasına 0:2 hesabı ilə məğlub olub. Rusiya yığmasına 4:3 hesabı ilə qalib gələn millimiz Slovakiya seçməsi ilə heç-heçə edib – 3:3. Qrupda üçüncü olan millimiz mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə