"Barselona" transfer axtarışındadır

"Barselona" transfer axtarışındadır

"Barselona" bəzi oyunçuları heyətinə qatmaq istəyir. SİA-nın məlumatına görə, komanda zədələnmiş Osman Dembele və Luis Suaresi əvəz etmək üçün yeni oyunçular axtarışına çıxıb.

Avropada transfer pəncərəsi artıq bağlanıb. Ancaq bu, kataloniyalılar üçün ağır kadr vəziyyətinə görə istisna ola bilər. Bu halda söhbət İspaniyada çıxış edən bəzi futbolçulardan gedir.

Hazırda “Barselona” “Xetafe”dəki Rodriqeslə, “Alaves”dəki Lukas Pereslə və “Betis”dəki İqlesiasla maraqlanır. Siyahıya həmçinin “Jirona”nın hücumçusu Kristian Stuani də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə