Fevralın 23-də Hövsan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında kunq-fu idman növü üzrə Bakı çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kunq-Fu Federasiyasının təşəbbüsü ilə keçiriləcək yarışa 25 komandadan 330 idmançı qatılacaq.
Qeyd edək ki, yarışın qalibləri Baş İdarə və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB