Şahmat üzrə Azərbaycan kubokunun səkkizdəbir final yarışlarının qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, böyüklər arasında Nicat Abasov, Əhməd Əhmədzadə, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Rəhim Qasımov, Ülvi Sadıqov, Xəzər Babazadə, Fərid Mustafayev dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
On iki yaşadək şahmatçılar arasında isə Şahin Vəliyev, Əli Süleymanov, Xaqan Əhməd, Həsən Orucov, İsmayıl Süleymanlı, Tunar Davudov, Cahandar Azadəliyev və Paşam Əlizadə növbəti mərhələyə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB