Fərid Nəbiyev qışda transfer olunduğu yeni komandasında 4-cü qolunu vurub

Fərid Nəbiyev qışda transfer olunduğu yeni komandasında 4-cü qolunu vurub
Azərbaycanın U-21 yığmasının hücumçusu Fərid Nəbiyevin çıxış etiyi Çexiyanın “Viktoriya” klubu növbəti yoxlama oyununu keçirib.

SİA xəbər verir ki, Jijkov təmsilçisi digər Çexiya klubu “Beneşov”la qarşılaşıb. Dörd qolun vurulduğu matç “Viktoriya”nın qələbəsiylə başa çatıb - 3:1.

İkinci hissədə meydana çıxan Fərid komandasının sonuncu qolunu vurub.

Qeyd edək ki, bu, Nəbiyevin qışda transfer olunduğu “Viktoriya”da 4-cü qoludur. O, daha öncə “Budeyoviçe” ilə yoxlama oyununda (7:1) het-trikə imza atmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə