Ramil Şeydayevə görə "Dinamo"ya transfer qadağası qoyulub

Ramil Şeydayevə görə "Dinamo"ya transfer qadağası qoyulub

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şikayəti təmin olunub.

SİA xəbər verir ki, Rusiya Futbol İttifaqının mübahisələrin həlli üzrə palatası hücumçunun müraciətinə baxaraq müvafiq qərar çıxarıb.

Yığıncaq üzvləri Moskva “Dinamo”sunun sabiq futbolçusu ilə müqaviləni pozmasını əsassız sayılıb. Palata klub qarşısında R.Şeydayevə kompensasiya ödəmək öhdəliyi qoyub.

“Dinamo”ya həm də yeni oyunçuların qeydiyyatına qadağa qoyulub. Klub futbolçu qarşısında öhdəlikləri yerinə yetirənədək heyətinə oyunçu qata bilməyəcək.

Qeyd edək ki, 2019-cu ilin yayında “Krılya Sovetov”dan “Dinamo”ya keçən R.Şeydayevlə müqavilə klub tərəfindən pozulub. O, bu komandada 8 çempionat matçında 1 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə