Mas güləşi üzrə Bakı kuboku turniri keçiriləcək

Fevralın 22-də Abşeron Olimpiya İdman Kompleksində mas-reslinq (mas güləşi) üzrə Bakı kuboku turniri keçiriləcək.

SİA-nın məlumatına görə, paytaxt kuboku yarışında 100-ə yaxın idmançı iştirak edəcək. Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Mas-reslinq Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə