Parataekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışındadır

Parataekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışındadır

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) taekvondo üzrə milli komandası Mahaçqalada təlim-məşq toplanışında iştirak edir.

SİA-nın məlumatına görə, fevralın 14-dək davam edəcək hazırlıq prosesi Livanın Beyrut şəhərində keçiriləcək turnirə hazırlıq məqsədi daşıyır.

Livanda turnir fevralın 28-dən martın 3-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə