Mariya Stadnik Avropa çempionu oldu

Mariya Stadnik Avropa çempionu oldu
Güləş üzrə Avropa çempionatında daha bir idmançımız çempion adına layiq görülüb. Siasport.az saytı xəbər verir ki, Almaniyanın Dortmund şəhərində keçirilən yarışda 48 kq çəki dərəcəsində mübarizə aparan qadın idmançımız Mariya Stadnik qızıl medal qazanıb. Güləşçimiz final görüşündə Ukrayna idmançısı Kristin Daranutsdan üstün olub.
Qeyd edək ki, bu, idmançımızın idman karyerasında 3-cü Avropa çempionluğudur.

Bütün xəbərlər Facebook səhifəmizdə