“Xilasedici” komandası turnir cədvəlində birincidir Yüksək Liqa

“Xilasedici” komandası turnir cədvəlində birincidir Yüksək Liqa

Fevralın 4-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib. SİA-nın məlumatına görə, birinci dövrənin oyunları çərçivəsində əvvəlcə “Sərhədçi” və “Express” komandaları üz-üzə gəliblər. Görüş “Express”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci qarşılaşması “Xilasedici” və MOİK komandaları arasında oynanılıb. “Xilasedici” rəqibinə 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində birinci pillədə yüksəlib.

“Xilasedici”nin hesabında 9 xal var. “Murov” 8 xalla ikinci, “Neftçi” isə 6 xalla üçüncü pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə