Əsgər Abdullayev: “Əgər mənə etimad göstərərlərsə, milliyə qayıtmaq istəyərəm” -MÜSAHİBƏ (SƏS TV)
Azərbaycan milli komandasının və "Olimpik-Şüvəlan" (AZAL) klubunun keçmiş baş məşqçisi Əsgər Abdullayevin siasport.az saytına eksklüziv müsahibəsi:
- Əsgər müəllim, "Olimpik-Şüvəlan" (AZAL) klubundan istefa verəndən sonra sizə başqa klublardan təkliflər gəldimi?
- Belə söz-söhbətlər çox oldu. Qəzetlərdə çox şey yazdılar. Amma mənə rəsmi heç bir təklif gəlməyib.
- Bəs, bu günə qədər nə ilə məşğulsunuz?
- Bu günə qədər futbollara baxıram. Bəzi oyunları stadiondan izləyirəm. Ancaq ən çox televiziya vasitəsi ilə futbola baxıram. Rəsmi işlə isə məşğul olmuram.
- Dediniz, Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsiniz. Çempionatda hər iki altılıqda mübarizə aparan klubları necə xarakterizə edirsiniz?
- Deyə bilərəm ki, Azərbaycan Premyer Liqasında bir çox klublar stabil futbol nümayiş etdirə bilmirlər. İlk altılıqda olan komandaların hanısının daha daha iddialı olduğunu deyə bilmərəm. Üç-dörd komandanın şansı var ki, birincilik uğrunda mübarizə aparsın.
İkinci altılıqda isə güclülər dəstəsində qalmaq üçün mübarizə gedir.
- İkinci altılıqda olan klublardan baş məşqçi təklifi gəlsə, qəbul edəriniz?
- İkinci altılıqda mübarizə aparan komandalardan təklif gələrsə, mən razılaşaram. Ancaq istəmirəm, hansısa baş məşqçini çıxarıb yerinə məni qoysunlar. Amma təklif gələrsə, qəbul edərəm. Özümə güvənirəm. İrəliləyişə nail olacağımı bilirəm.
- Azərbaycan klublarında çalışan xarici baş məşqçilərin fəaliyyətini nə dərəcədə uğurlu hesab edirsiniz?
- Məşqçiləri müzkirə etməyi xoşlamıram. Bu, dünya praktikasında var. Klubda yerli də, legioner də məşqçi ola bilər. Sadəcə hər bir məşqçi öz işinə məsuliyyətlə yanaşmalıdır. Onların fəaliyyətinin uğurlu olub-olmamasına gəlincə isə, gəlin, çempionatınm sonunu gözləyək. Həm də ki, xalqın gözü tərəzidir.
- Bu günlərdə milli komandamızın Belçika yığmasına böyükhesablı məğlubiyyəti hamımızda təəssüf hissi doğurub. Bu oyun barədə sizin də fikirlərinizi bilmək istərdik.
- Belçika - Azərbaycan oyununa görə baş məşqçini və futbolçuları "daş-qalaq" etmək düzgün deyil. Oyunda futbolçuların psixoloji durumu yerində deyildi. Qorxu hiss olunurdu. Hazırda müdafiəmizdə problemlər var. Komanda şəklində müdafiə olunmağı bacarmalıyıq. Mən oyunda bunu görmədim. Həm də komandada əzmkarlıq yox idi.
Futbolu bir nəfər yox, 25 nəfər oynayır. Ehtiyat oyunçular da, baş məşqçi də daxilən oynayır.
Mənə elə gəlir ki, bu oyundan düzgün nəticə çıxarılacaq. Futbolda belə bir fikir var ki, məğlubiyyəti dərk etməyən qələbədən danışa bilməz.
- Siz baş məşqçi olsaydınız, bu matçda hansı formada oyun qurardınız?
- Mən bu matçda qapalı oyuna üstünlük verərdim. Cərimə xəttinə qədər qapanmaq, rəqibi sürətli əks hücumda yaxalamaq lazım idi. Vaxt azaldıqca rəqibdə tələskənlik olacaqdı və bu da onlarda səhvlərə yol açacaqdı.
- Yenidən milli komandaya qayıtmaq istəyirsiniz?
- Millidə işləmək hər bir məşqçinin arzusudur. Milli komandada işləmək həm məsuliyyətdir, həm də şərəfdir. Etimad göstərərlərsə, milliyə qayıtmaq istəyərəm. Mən öz gücümə inanmasam, bunu deməzdim.
Xarici klublardan da təklif gəlsə, qəbul edərəm. Məşqçilik mənim işimdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB