“Atletiko”nun futbolçusu Kiran Trippyer əməliyyat olunub. "Marca" nəşrinin yazdığına görə, qarın nahiyəsində ağrılar olan 29 yaşlı müdafiəçi bu gün əməliyyat edilib. Onun 3 həftə meydana çıxa billməyəcəyi qeyd olunub. Bu isə o deməkdir ki, Trippyer Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a keçiriləcək ilk görüşü buraxacaq.
Qeyd edək ki, "Liverpul"la oyun fevralın 18-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB