Usman Dembele yenidən zədələnib

Usman Dembele yenidən zədələnib

“Barselona”nın yarımmüdafiəçisi Usman Dembele yenə zədələnib. SİA-nın İspaniyanın “AS” nəşrinin istinadən məlumatına görə, məşq zamanı fransalı futbolçunun əzələsində problem yaranıb.

Dembele 2 ay əvvəl sağ ayağının zədələnməsi səbəbi ilə sıradan çıxmışdı. Bərpa kursunun son mərhələsində olan Usmanın yenidən eyni problemlər yaşaması “Barselona” cəbhəsində narahatlıq yaradıb. Futbolçunun nə vaxt sıraya dönəcəyi növbəti tibbi müayinədən sonra məlum olacaq. 22 yaşlı hücumçu bu mövsüm keçirdiyi 5 oyunda 1 qol vurub.

Onun katalonlarla müqavilə müddəti 2022-ci ildə başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə