Formula 1 komandalarının bolidlərinin 2020-ci il üçün təqdimat tarixləri müəyyənləşib. SİA-nın məlumatına görə, ilk təqdimat fevralın 11-də “Ferrari”nin (Reco-Emiliya, İtaliya) öz yeni bolidinin nümayişi ilə başlayacaq. Fevralın 12-də “Renault” (Paris, Fransa), “Red Bull” (onlayn-təqdimat), ayın 13-də “McLaren” (Uokinq, Böyük Britaniya), ertəsi gün “Mercedes” (Silverstoun, Böyük Britaniya), “Alfa Tauri” (Zaltsburq, Avstriya) avtomobillərini nümayiş etdirəcək. “Racing Point” (Mondzee, Avstriya) və “Williams” (onlayn-təqdimat) komandalarının avtomobillərinin təqdimatı isə fevralın 17-də baş tutacaq. Komandalardan ikisi – “Alfa Romeo” və “Haas” təqdimat yeri kimi mövsümöncəsi ilk test yarışlarının keçiriləcəyi Barselona şəhərini seçiblər.
Qeyd edək ki, Formula 1 mövsümünün ilk Qran-pri yarışı Avstraliyada martın 13-dən 15-dək keçiriləcək. Formula 1 üzrə Azərbaycan Qran-prisi isə iyunun 5-7-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB