XV turunun rəmzi komandası açıqlanıb Azərbaycan Premyer Liqası

XV turunun rəmzi komandası açıqlanıb Azərbaycan Premyer Liqası

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun rəmzi komandası müəyyənləşib. SİA-nın məlumatına görə, “InStat”ın təhlili əsasında rəmzi komandaya “Qarabağ”dan 4, “Zirə”dən 3, “Neftçi”dən 2, “Keşlə” və “Səbail”in hər birindən 1 futbolçu daxil edilib.

Rəmzi heyətdə Aleksandr Rıbka (“Səbail”), Maksim Medvedev (“Qarabağ”), Ali Sisey (“Zirə”), Donald Qerye (“Neftçi”), Miyusko Boyoviç (“Keşlə”), Elvin Camalov (“Zirə”), Saman Nərimancahan (“Neftçi”), Xayme Romero, Abdulla Zubir (hər ikisi “Qarabağ”), Riçard Qadze (“Zirə”) və Mahir Emreli (“Qarabağ”) yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə