Lütfi Zadənin xatirəsinə həsr olunmuş turnirlər təşkil olunacaq

Lütfi Zadənin xatirəsinə həsr olunmuş turnirlər təşkil olunacaq

“Nizami E-Sport Arena” və “Gaming League Azerbaijan” (GLA) fevralda Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunan 4 turnir təşkil edəcək. SİA-nın məlumatına görə, turnirlər fevralın 8-də, 15-də, 22-də və 29-da, müvafiq olaraq PubG, Fortnite, DOTA2 və League of Legends oyunları üzrə keçiriləcək.

Yarışların keçirilməsində əsas məqsəd ölkəmizdəki ən güclü kiberidmançıları seçərək onlarla iş birliyinə başlayıb, gələcəkdə beynəlxalq yarışlarda iştiraklarına şərait yaratmaqdır.

Martın əvvəlində isə “GLA” tərəfindən seçilən kiberidmançılar mətbuat konfransında mediaya təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə