İntizam Komitəsinin qərarları AFFA

İntizam Komitəsinin qərarları AFFA

AFFA-nın İntizam Komitəsinin yeni qərarları açıqlanıb. SİA-nın məlumatına görə, Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 3 nömrəli oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47). Oyun zamanı “Sumqayıt” klubunun azarkeşləri pirotexniki maddələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51).

Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə maddə 39).

Premyer Liqanın XV turunun “Qəbələ” - “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

Region Liqasında keçirilən TST “Astara” – “Şıxlar” (Qobustan) oyununda “Şıxlar” (Qobustan) komandasının heyətində N8 futbolçu Bəhruz Kərimov qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Gənclər Liqasında keçirilən “Səbail” – “Qəbələ” oyununda “Səbail” komandasının heyətində N2 futbolçu Firuz Əhmədov qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

U-16 Liqasında keçirilən “Zirə” – “Mil-Muğan” oyununda “Mil-Muğan” komandasının heyətində N4 futbolçu Nicat Fərzəliyev qarşılaşmanın 65-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 36).

U-16 Liqasında keçirilən “Qəbələ” – “Səbail” oyununda “Qəbələ” komandasının N5 futbolçusu Zübair Əliyev qarşılaşmanın 40+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47). Qarşılaşmanın 80-cı dəqiqəsində “Səbail” komandasının N4 futbolçusu İlham Əliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 41).

U-16 Liqasında keçirilən “Neftçi İK İB” – “Xilə” oyununda “Xilə” komandasının N6 futbolçusu Kərim Məmmədov qarşılaşmanın 40-cı dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.

U-14 Liqasında keçirilən Neftçi PFK – ROFM (Bakı) oyununda ROFM (Bakı) komandasının N99 futbolçusu Natiq Ağamalıyev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

U-14 Liqasında keçirilən İsgəndər Cavadov BFA – Xətai FK (Bakı) oyununda İsgəndər Cavadov BFA komandasının N15 futbolçusu Nicat Amanov qarşılaşmanın 31-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37).

U-14 Liqasında keçirilən “Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” komandasının baş məşqçisi Vəli Hüseynov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.

U-14 Liqasında keçirilməli olan “Şahdağ”(Qusar)– “Neftçi İK İB” (Siyəzən) oyunu “Şahdağ”(Qusar) komandasının təyin olunan vaxtda meydana çıxmadığı üçün oyun baş tutmayıb. Bu səbəbdən “Şahdağ” klubuna 0:3 texniki məğlubiyyət verilir (maddə 50).

Coca-Cola U-13 Liqasında keçirilən “Neftçi İK İB” (Siyəzən) – “Şirvanovka” (Qusar) oyununda Şirvanovka (Qusar) komandasının baş məşqçisi Kamran Nurəhmədov qarşılaşmanın 23-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41).

U-12 Liqasında keçirilməsi nəzərdə tutulan “Fireland FC”-“Sabah” oyunu Fireland FC komandası təyin olunan vaxtda oyuna gəlmədiyinə görə görüş keçirilməyib. Bu səbəbdən “Fireland” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50).

U-12 Liqasında keçirilən UGİM (Siyəzən) – UGİM (Xaçmaz) oyununda UGİM (Siyəzən) komandasının baş məşqçisi Emin Nəzərov aqressiv formada meydana daxil olaraq hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 5 oyun cəzalanır (maddə 41).

U-11 Liqasında keçirilməsi nəzərdə tutulan “Ərgünəş FK”(Sumqayıt)-İOEUGİM (Sumqayıt) oyunuİOEUGİM (Sumqayıt) komandasının təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib. Bu səbəbdən İOEUGİM komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 50).

Futzal üzrə I Liqanın “Star Karqo” – “Yasamal İSK-2” oyununda “Star Karqo” klubunun futzalçısı Ceyhun Məmmədov ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyun cəzalanır (maddə 47).

Futzal üzrə I Liqanın “Baku Fire” – “Standard” matçında “Baku Fire”nin üzvü Aslan Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Futzal üzrə I Liqanın U-19 – “Rayyan” oyununda U-19 komandasının baş məşqçisi Ağatahir Əzimov öz oyunçularını təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 41).

Futzal üzrə Yüksək Liqanın“Baku Fire” – “Neftçi” oyununda “Neftçi”nin üzvü Emil Həsənzadənin rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41).

Bütün xəbərlər Facebook səhifəmizdə