Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qitə birinciliyinə Bakıda, qadınlardan ibarət millimiz isə Türkiyənin Ədirnə şəhərində hazırlaşır.
Fevralın 4-də Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən komandalarımızın hazırlıq prosesi mətbuat üçün açıq olacaq. Hazırlıq prosesi başa çatdıqdan sonra Avropa çempionatında ölkəmizi təmsil edəcək güləşçilərimizin adları açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB