İtaliyada ötən ilin ən yaxşı məşqçisi kimdir?

İtaliyada ötən ilin ən yaxşı məşqçisi kimdir?

İtaliyada ötən ilin ən yaxşı məşqçisi müəyyənləşib.

SİA xəbər verir ki, bu, "Atalanta"nın çalışdırıcısı Can Pyero Qasperinidir. Ona 2018/19 mövsümünün ən yaxşı baş məşqçi kimi "qızıl skamya" mükafatı təqdim olunub. 62 yaşlı italiyalı mütəxəssis karyerası ərzində ilk dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, Qasperini ötən mövsüm "Atalanta"nı tarixində ilk dəfə A Seriyasının 3-cüsü edib və komandanı UEFA Çempionlar Liqasının qrup mərhələsinə qədər aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə