Renat Dadaşov "Sauthempton”a qarşı 90 dəqiqə oynayıb

Renat Dadaşov "Sauthempton”a qarşı 90 dəqiqə oynayıb

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib. SİA xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası 16-cı turda səfərdə "Sauthempton”dan olan həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb.

“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə