Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) hər il ənənəvi olaraq təşkil etdiyi “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” (BHMSE) adlı beynəlxalq konfransın bu ilki buraxılışını "Formula 1" Azərbaycan Qran Prisinin 5 illiyi münasibətilə “İdman və şəhər” mövzusuna həsr edib. SİA-nın məlumatına görə, fevralın 12-də Bakı Konqres Mərkəzində baş tutacaq konfransda idman yarışlarının şəhər quruculuğuna təsirini öyrənən dünyanın bir sıra aparıcı mütəxəssisi çıxış edəcək, xarici ölkələrin təcrübələrini bölüşəcəklər.
Tədbirin keçirilməsində əsas məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə baş tutan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu çərçivədə xarici təcrübəni bölüşməkdir.
İştirak ödənişsizdir. Konfransa qeydiyyat hazırda davam edir və bu proses fevralın 5-i günün sonunda başa çatacaq.
Birgünlük konfrans bütün ictimaiyyətə açıqdır və iştirak üçün heç bir ödəniş tələb olunmur. Tədbirə qatılmaq istəyənlər bu linkə - https://www.bakucitycircuit.com/az/bhmse2020 - daxil olaraq qeydiyyatdan keçə bilərlər. Nəzərinizə çatdırmaq istərdik ki, yerlər məhduddur və öncəlik qeydiyyatını ilk edənlərə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB