Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.
SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
Yarışa ilkin qeydiyyat siyahısına əsasən turnirdə 13 ölkə iştirakını təsdiqləyib.
Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB