Fransa Liqa1-də XXII turun oyunları başa çatıb. SİA-nın məlumatına görə, son gündə 3 oyun keçirilib.
"Nitsa"nın qonağı olan "Lion" uduzaraq, ilk "dördlüy"ə girmək şansını əldən verib. Əvəzində "Nitsa" rəqibi ilə aradakı xal fərqini qapadıb.
Turun son matçında ortabablar sırasında yer alan "Bordo" ikinci pillənin sahibi "Marsel"i qəbul edib. "Matmyut Atlantik" stadionunda baş tutan qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Bu isə "Marsel"in lider PSJ ilə xal fərqinin 12-yə yüksəlməsinə səbəb olub.
Fransa Liqa1-i
XXII tur
2 fevral
"Nitsa" - "Lion" - 2:1
Dolberq, 33, 64 - Ekambi, 45
"Metz" - "Sent-Etyen" - 3:1
Nquette, 44, 70; Diallo, 63 - Hamuma, 89
"Bordo" - "Marsel" - 0:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB