Cüdoçumuz Avropa kuboku yarışında gümüş medal qazanıb

Cüdoçumuz Avropa kuboku yarışında gümüş medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan cüdoçularının da qatıldıqları açıq Avropa kuboku başa çatıb. SİA xəbər verir ki, 14 cüdoçu ilə turnirdə çıxış edən komandamız yarışı bir medalla başa vurub. Cüdoçumuz Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb. Komandamız bu nəticə ilə 8-ci olub. Birinci yeri 12 medalla Rusiya komandası tutub. Turnirdə 33 ölkədən 250-dən çox cüdoçu mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə