Bərdədə budo üzrə açıq rayon birinciliyində 300 idmançı iştirak edir
Fevralın 2-də Bərdə Olimpiya İdman Mərkəzində "Gənclər günü"nə həsr olunmuş yeniyetmələr və gənclər arasında budo döyüş növü üzrə açıq rayon birinciliyinə start verilib.
SİA-nın məlumatına görə, Bərdə Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışa 300-ə yaxın idmançı qatılıb.
Yarış semi-kontakt, ful-kontakt və fri-kontakt qaydaları üzrə keçirilir.
Çempionatın qalibləri fevralda keçiriləcək budo üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB