İtaliya A Seriyası: "Roma" "Sassuolo"ya məğlub olub

İtaliya A Seriyası: "Roma" "Sassuolo"ya məğlub olub

Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında “Bolonya” “Breşiya”nı qəbul edib. Bu görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Dörd qolun qeydə alındığı “Kalyari” – “Parma” matçında isə qalib müəyyənləşməyib. “Roma” da “Sassuolo” səfərinə yollanıb. Daha məhsuldar alınan bu görüşdə “Sassuolo” paytaxtın eyniadlı təmsilçisi üzərində inamlı qələbəyə sevinib.

İtaliya A Seriyası

22-ci tur

1 fevral

Bolonya – Breşiya 2:1

Qol: Orsolini, 43. Bani, 89 – Torreqrossa, 36-pen.

Kalyari – Parma 2:2

Qol: J.Pedro, 19. Simeone, 54 – Kuçka, 42. Kornelius, 90+4.

Sassuolo – Roma 4:2

Qol: Kaputo, 7; 16. Dyuriçiç, 26. Boqa, 74 – Dzeko, 55. Veretu, 72-pen.

Bütün xəbərlər Facebook səhifəmizdə