Futbol üzrə Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü üç görüş baş tutub.
Baş məşqçi postuna keçmiş futbolçusu Sərgən Yalçını gətirən “Beşiktaş” “Rizəspor” səfərinə yollanıb. İstanbul klubu bu oyunda çətin qələbəyə sevinib.
Turun mərkəzi görüşündə “Trabzonspor” doğma azarkeşləri qarşısında “Fənərbaxça” ilə münasibətlərinə aydınlıq gətirib. Qaradəniz təmsilçisi iddialı rəqibini məğlub yola salıb.
Türkiyə Super Liqası
20-ci tur
31 yanvar
Başakşəhər – Gənclərbirliyi 3:1
Qol: Krivelli, 8. Vişça, 48; 73 – Ayite, 29.
1 fevral
Antalyaspor – Konyaspor 0:0
Rizəspor – Beşiktaş 1:2
Qol: Şkoda, 36 – B.Yılmaz, 29. G.Gönül, 79.
Trabzonspor – Fənərbaxça 2:1
Qol: Sorlot, 15. Novak, 32 – Kruse, 1.
2 fevral
14:30 Ankaragücü – Kasımpaşa
17:00 Alanyaspor – Yeni Malatyaspor
17:00 Qaziantep – Sivasspor
20:00 Qalatasaray – Kayserispor
Hazırda turnir cədvəlində "Sivasspor" klubu 41 xalla vahid liderdir. "Başakşəhər" 39 xalla ikinci "Trabzonspor" isə 38 xalla üçüncüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB