Fevralın 1-də Avstraliya açıq turnirində qadın tennisçilərin yarışında final qarşılaşması keçirilib. SİA-nın məlumatına görə, turnirin həlledici görüşündə amerikalı Sofia Kenin və ispaniyalı Qarbinye Muquruza üz-üzə gəliblər.
S.Kenin birinci setdə 4:6 hesabı ilə məğlub olmasına baxmayaraq, ardıcıl iki seti qələbə (6:2, 6:2) ilə başa vuraraq karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyasının qalibi adını qazanıb. Turnirdən əvvəl dünya reytinqində 15-ci yerdə olan amerikalı idmançı çempionluqdan sonra yeddinci sıraya yüksəlib.
Turnirə fevralın 2-də kişi tennisçilər arasında final görüşündən sonra yekun vurulacaq.
Həmin görüşdə serbiyalı Novak Cokoviç və avstriyalı Dominik Tim üz-üzə gələcəklər.
Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB