Azərbaycan Super Liqasına start verilir AVF

Azərbaycan Super Liqasına start verilir AVF

Fevralın 1-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasına start veriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə qurumun idman zalında keçiriləcək birincilikdə 9 klub mübarizə aparacaq.

Mükafatlar uğrunda “Azəri”, “Azərreyl-1”, “Azərreyl-2”, “Abşeron”, “Aura”, “Sərhədçi”, “Loqist”, “Baku Flames” və İOUGİM-7 komandaları qüvvəsini sınayacaq.

Yarışa “Azərreyl-2” və “Abşeron” klublarının oyunu ilə start veriləcək. Ardınca “Aura” “Azəri” ilə, “Azərreyl-1” “Sərhədçi” ilə, “Loqist” ise “Baku Flames” ilə üz-üzə gələcək.

Qeyd edək ki, Super Liqa bir dövrədən ibarət olacaq. Ardınca pley-off mərhələsi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə