Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

SİA-nın məlumatına görə, komandamız Bakı vaxtı ilə saat 20:00-da Slovakiya futzalçıları ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq görüşü Angelo Galante, Çiara Perona və Nikola Manzione (hakimlər briqadası İtaliyadandır) idarə edəcəklər.

Qeyd edək ki, millimiz ilk oyununda Xorvatiyaya 0:2 hesabı ilə məğlubsa da, Rusiya ilə matçda qələbə qazanıb – 4:3.

Bütün xəbərlər Facebook səhifəmizdə