"Yuventus"un futbolçusu Emre Can "Borussiya"ya transfer olunub

"Yuventus"un futbolçusu Emre Can "Borussiya"ya transfer olunub

"Yuventus"un futbolçusu Emre Canın "Borussiya"ya keçidi rəsmiləşib.

SİA Bundesliqa klubunun saytına istinadən xəbər veir ki, türkəsilli alman yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Dortmund təmsilçisində çıxış edəcək.

"Borussiya" 1 milyon avro icarə haqqı ödəyib. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, klub yayda 25 milyon avro da ödəyərək onu birdəfəlik almalıdır.

Qeyd edək ki, E.Can bu mövsüm "Yuventus"da cəmi 279 dəqiqə meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə