"Neftçi" - "Sumqayıt" oyununun biletləri satılır

"Neftçi" - "Sumqayıt" oyununun biletləri satılır

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində sabah keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, artıq biletlərin qiyməti də açıqlanıb.

VİP yerlərə biletlərin qiyməti 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu fevralın 1-i saat 17:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə