“Milli idman Oskarı” və “Beynəlxalq idman Oskarı” mükafatları təsis edilib
Ölkəmizin idmanı və Olimpiya hərəkatını işıqlandıran kütləvi informasiya və yaradıcılıq qurumlarında çalışan, eləcə də müstəqil fəaliyyət göstərən yaradıcı insanların müstəqil, milli ictimai birliyi missiyasinı inamla həyata keçirən, idman mediamızı beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil edən, bu il özünün 25 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) “Milli idman Oskarı” və “Beynəlxalq idman Oskarı” mükafatlarını təsis edib. SİA-nın məlumatına görə, AİJA “Milli Oskar”ı hər il ölkə idmanının və Olimpiya hərəkatının inkişafında, təbliğində seçilən ən öncül idman xadimlərinə, yaradıcı peşə sahiblərinə, sponsorlara, “Beynəlxalq Oskar”ı isə dünya və qitə səviyyəsində fərqlənən şəxslərə təqdim edəcək.
AİJA mükafatların təyin və təqdim edilməsi sahəsində ilk növbədə Gənclər və İdman Nazirliyini, Milli Olimpiya və Paralimpiya komitələrini, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını, idman federasiyalarını, cəmiyyətlərini, klublarını, iş adamlarını, yaradıcılıq birliklərini, kütləvi informasiya orqanlarını, bir sözlə, idmana və peşəkar jurnalistikaya qatqısı və dəstəyi olan hər kəsi birgə əməkdaşlığa dəvət edir.
AİJA-nın ilk “Milli Oskarı” idman, təhsil və elm fədaisi, pedaqoji fəaliyyətinin 50, anadan olmasının 70 illiyi tamam olan professor Xanlar Qurbanova təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB