Futzal millimiz Rusiyanı məğlub etdi

Futzal millimiz Rusiyanı məğlub etdi

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2020-nin elit-raund mərhələsində növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, yığmamız Rusiya millisi ilə qarşılaşıb. Matç komandamızın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Slovakiya və Xorvatiya yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, millimiz bu mərhələdə ilk oyununu ötən gün Xorvatiyaya qarşı keçirib və 0:2 hesabı ilə məğlub olub. Rusiya isə Slovakiyanı 7:1 udub.

Bütün xəbərlər Facebook səhifəmizdə